Canlı Kiber Lent
Enterprise Standartlı Müdafiə • 24/7 Fasiləsiz SOC

Ağıllı Kiber-Müdafiə Xidmətləri

Fasiləsiz EDR telemetriyası, şəbəkə anomaliyaları analizi və avtomatlaşdırılmış SOC xidmətləri ilə serverlərinizi və bulud resurslarınızı qoruyun (Wazuh, CrowdSec, YARA, Suricata, Trivy, Nuclei, Prowler, Semgrep və Gitleaks ilə).

Süni İntellektlə Dəstəklənən
Təhlükəsizlik Prosesi

01. Fasiləsiz Telemetriya və Monitorinq

Cihaz və serverlərinizin davamlı telemetriya monitorinqi, şəbəkə anomaliyalarının tək ekrandan aşkarlanması (Wazuh, Suricata və CrowdSec inteqrasiyası ilə).

02. Real-Time MITRE Analizi

Daxil olan bütün host və şəbəkə hadisələri fasiləsiz analiz edilir, anomaliyalar və potensial kiber təhdidlər MITRE ATT&CK üzrə dərhal təsnif olunur.

03. Avtomatlaşdırılmış Reaksiya və Bloklama

İnsident anında Telegram və e-poçt bildirişi göndərilir. Passiv rejimdə analitik hücumçu IP-ni bir kliklə bloklayır, aktiv rejimdə (Biznes paketindən) IP avtomatik bloklanır, zərərli fayl karantinə göndərilir.

Response

AI SOC Assistant ilə
Təhlükəsizliyinizi Gücləndirin

7/24
Real-Time Monitorinq
20 san-dək
Təhdiddən bildirişə qədər
AI SOC Assistant

Platformanın Əsas İmkanları

Real-Vaxt Təhdid Aşkarlanması

Şəbəkə trafikini və log məlumatlarını saniyə-saniyə analiz edərək, ən gizli anomaliyaları və potensial kiberhücumları belə dərhal üzə çıxarır.

İnfrastruktur və Aktivlərin Monitorinqi

Şəbəkənizdəki bütün serverləri, cihazları və resursları tək ekranda toplayır. Sistemlərinizin sağlamlığına və zəifliklərinə 24/7 nəzarət edin.

Müdaxilə: IP bloku və fayl karantini

Aktiv rejimdə (Biznes paketindən) hücumçunun IP ünvanı avtomatik bloklanır və zərərli fayl karantinə göndərilir. Passiv rejimdə eyni addımı analitikiniz bir kliklə edir.

İcma təhdid kəşfiyyatı

Hücum mənbələri CrowdSec icma kəşfiyyatı ilə, quraşdırılmış proqramlar isə tanınmış zəifliklər bazası (CVE) ilə yoxlanılır.

Texnologiyalarımız

Wardyn 9 açıq mənbəli, dünyada geniş istifadə olunan təhlükəsizlik alətini bir paneldə birləşdirir. Bəziləri sizin serverinizdə bir əmrlə qurulur, digərləri isə heç nə qurmadan Wardyn platformasından işləyir.

WazuhSizin serverinizdə

7/24 server monitorinqi

Giriş, proses, kritik fayl dəyişikliyi və sistem hadisələrini toplayır, MITRE ATT&CK üzrə təsnif edir, proqramları zəifliklərə (CVE) qarşı yoxlayır.

Paket: Bütün paketlər

CrowdSecSizin serverinizdə

Brute-force qorunması

SSH, veb və sistem girişinə təkrarlanan cəhdləri və bot skanlarını aşkarlayır, hücumçu IP-ni icma kəşfiyyatı ilə tanıyır.

Paket: Bütün paketlər

YARASizin serverinizdə

Zərərli fayl aşkarlanması

Veb və müvəqqəti qovluqlarda yaranan web-shell, kriptomayner və şifrələyici faylları real vaxtda tapır.

Paket: Bütün paketlər

NucleiWardyn platformasında

Xarici səth skanı

Saytınızı internetdən, hücumçu gözü ilə yoxlayır: məlum zəifliklər, açıq qalmış fayl və panellər, zəif TLS.

Paket: Bütün paketlər (domen sayı paketə görə)

TrivySizin serverinizdə

Konteyner və asılılıq təhlükəsizliyi

Docker image-lərini və tətbiq asılılıqlarını bilinən zəifliklərə və koda yazılmış parollara qarşı skan edir.

Paket: Biznesdən; Başlanğıc və Fərdidə əlavə

ProwlerWardyn platformasında

AWS bulud auditi

AWS hesabınızı yalnız-oxuma icazəsi ilə yoxlayır: açıq bucket-lər, zəif IAM, şifrələnməmiş resurslar.

Paket: Biznesdən (həftəlik), Korporativdə hər gün

SemgrepWardyn platformasında

Kod analizi

GitHub/GitLab kodunuzu SQL injection, XSS və təhlükəli funksiyalar kimi xətalara qarşı yoxlayır.

Paket: Biznesdən; digər paketlərdə əlavə

GitleaksWardyn platformasında

Parol və açar sızması yoxlaması

Koda və ya git tarixçəsinə səhvən yazılmış parol, API açarı və tokenləri tapır.

Paket: Biznesdən (həftəlik), Korporativdə hər push-da

SuricataSizin serverinizdə

Şəbəkə hücumu aşkarlanması

Serverin şəbəkə trafikini təhlil edir, istismar cəhdlərini və port skanlarını aşkarlayır.

Paket: Korporativ; digər paketlərdə əlavə

Məlumatlarınızı necə qoruyuruq

Təhlükəsizlik platformasının özü də təhlükəsiz olmalıdır. Aşağıdakılar vəd deyil, platformada işləyən və test olunan tədbirlərdir.

Hər şirkətin məlumatı ayrıdır

Platformanın bütün API nöqtələri başqa şirkətin məlumatına çıxışa qarşı avtomatik test olunur. Hər sorğu yalnız sizin təşkilatınızın məlumatını görür.

Şifrələmə

Bütün əlaqə TLS ilə şifrələnir. Parollar bcrypt ilə saxlanılır. Bulud açarları, repozitoriya tokenləri və webhook ünvanları AES-256 ilə şifrəli saxlanılır və heç vaxt geri göstərilmir.

Yalnız oxuma icazəsi

AWS üçün yalnız SecurityAudit və ViewOnlyAccess, GitHub üçün yalnız "Contents: Read-only" icazəsi istəyirik. Wardyn sizin sistemlərinizdə heç nəyi dəyişə bilməz.

Kodunuzu saxlamırıq

Repozitoriya yalnız skan müddətində müvəqqəti yüklənir və dərhal silinir. Tapılan parol və ya açarın özü heç yerdə yazılmır, yalnız fayl və sətir göstərilir.

Başqasının saytı skan olunmur

Domen sahibliyi DNS qeydi və ya fayl ilə təsdiqlənmədən skan başlamır. Skan yalnız aşkarlayır, saytı yükləmir və dəyişmir.

Hesab təhlükəsizliyi

Ardıcıl səhv parol cəhdlərində hesab müvəqqəti kilidlənir. Çıxışda və parol dəyişəndə köhnə sessiyalar ləğv olunur. İcazələr rollara görədir: sahib, analitik, izləyici.

Ehtiyat nüsxə

Verilənlər bazasının gündəlik ehtiyat nüsxəsi alınır, hər yenilənmədən əvvəl əlavə nüsxə yoxlanılaraq çıxarılır.

Məlumat sizindir

Bütün məlumatlarınızı istənilən vaxt Şəxsi kabinetdən ZIP arxivi kimi yükləyə bilərsiniz. Xidmət bitdikdən sonra məlumatlar Şərtlərdə göstərilən müddətdə həmişəlik silinir.

Tez-tez Verilən Suallar

Suallarınız var? Platformamızın təqdim etdiyi real xidmətlər, paketlər və abunəlik qaydaları haqqında əsas məlumatları burada tapın.

Wardyn Tier-1/2 AI SOC köməkçisidir: serverlərinizi 7/24 izləyir, təhlükəsizlik hadisələrini aşkarlayıb təsnif edir və sizə e-poçt/Telegram ilə bildirir. Hər paketdə 7/24 server monitorinqi, brute-force qorunması, zərərli fayl aşkarlanması və veb-saytınızın xarici səth skanı var. Biznes paketindən etibarən konteyner skanı, AWS bulud auditi, kod analizi və parol və açar sızması yoxlaması (Git repozitoriyaları) və avtomatik müdaxilə (IP bloku, fayl karantini), Korporativdə isə şəbəkə hücumlarının aşkarlanması və Webhook/Slack əlavə olunur. Hansı xidmətin hansı paketə daxil olduğu qiymətlər səhifəsindəki cədvəldə dəqiq göstərilib.

Ödənişsiz sınaq yoxdur. Paketi seçin, hesab yaradın və ödəniş edin: xidmətlər ödənişdən dərhal sonra aktivləşir. Abunəni istənilən vaxt panelinizdən ləğv edə bilərsiniz, xidmət ödənilmiş dövrün sonunadək davam edir.

Xeyr. Ödəniş müddəti bitəndə xidmət dərhal dayandırılmır: 3 günlük möhlət dövrü tətbiq olunur. Bu 3 gün ərzində xidmətləriniz fasiləsiz işləyir və sizə xəbərdarlıq göndərilir. 3 gün ərzində ödəniş edilməzsə, xidmətlərə fasilə verilir.

Cihazı paneldə əlavə etdikdən sonra Windows və Linux (Ubuntu/Debian) üçün hazır tək əmri işlətmək kifayətdir: quraşdırma bir neçə dəqiqə çəkir və agent sistemin resurslarını az istifadə edir.

Agentlə platforma arasındakı əlaqə şifrələnir, təhlükəsizlik hadisələrinin xam məzmunu bazada şifrələnmiş saxlanılır. Fayllarınızın məzmunu platformaya göndərilmir: yalnız sistem hadisələri, proseslər və təhdid göstəriciləri analiz olunur.

Bəli. Fərdi paketdə hazır baza yoxdur: istədiyiniz xidmətləri özünüz seçirsiniz və yalnız onların haqqını ödəyirsiniz, məsələn yalnız kod analizi, yalnız veb-sayt skanı və ya yalnız AWS auditi. Serverdə işləyən xidmətlər (brute-force qorunması, zərərli fayl, konteyner skanı, şəbəkə hücumları, avtomatik müdaxilə) 7/24 server monitorinqi agenti ilə birlikdə seçilir. Qiymət kalkulyatorda dərhal hesablanır.

Daha Ağıllı Müdafiəyə Hazırsınız?

İstər sürətlə böyüyən bir şirkət, istərsə də böyük bir korporasiya olun — süni intellekt əsaslı platformamız sizin infrastrukturunuza tam uyğunlaşır. Təhdidləri daha tez aşkarlayın. Daha güclü qorunun.