Живая киберлента
Wazuh SOCСерверы отслеживаются 24/7, события классифицируются по MITRE ATT&CKCrowdSecБрутфорс и сканирование ботами обнаруживаются с помощью разведки сообщества CrowdSecSuricata IDSВ тарифе «Корпоративный» сетевой трафик анализируется на атаки с помощью SuricataZero-Day WatchПО на ваших серверах непрерывно проверяется на известные уязвимости (CVE)Cloud ShieldВаш сайт проверяется Nuclei, код — Semgrep и GitleaksCloud ShieldАккаунты AWS проверяются Prowler с доступом только для чтенияWazuh SOCСерверы отслеживаются 24/7, события классифицируются по MITRE ATT&CKCrowdSecБрутфорс и сканирование ботами обнаруживаются с помощью разведки сообщества CrowdSecSuricata IDSВ тарифе «Корпоративный» сетевой трафик анализируется на атаки с помощью SuricataZero-Day WatchПО на ваших серверах непрерывно проверяется на известные уязвимости (CVE)Cloud ShieldВаш сайт проверяется Nuclei, код — Semgrep и GitleaksCloud ShieldАккаунты AWS проверяются Prowler с доступом только для чтения
Защита данных • Стандарты GDPR и ISO 27001

Политика конфиденциальности и Защиты данных

Принципы сбора, обработки, безопасного хранения и защиты ваших персональных и телеметрических данных.

Məxfilik Siyasəti

Qüvvəyə minmə tarixi: 29 sentyabr 2026.

1. Hansı məlumatları toplayırıq

  • Hesab məlumatları: ad, iş e-poçtu, telefon, təşkilatın adı;
  • Təhlükəsizlik məlumatları: Wazuh agenti ilə cihazlardan gələn sistem logları, şəbəkə məlumatları, xəbərdarlıq və hadisə qeydləri;
  • Ödəniş məlumatları: Payriff qəbul edir. Kartın nömrəsi və CVV kodu bizim serverlərdə saxlanmır;
  • İstifadə məlumatları: dashboard-a giriş qeydləri və hansı funksiyalardan istifadə edildiyi;
  • Bildiriş məlumatları: Telegram qrupunun və ya çatının identifikatoru, bildiriş göndərilən e-poçt ünvanı;
  • Bulud auditi (istəyə görə): müştərinin AWS hesabı üçün verdiyi yalnız oxumaq icazəli açarlar və audit nəticələri;
  • Audit qeydləri: kimin, nə vaxt, hansı əməliyyatı etdiyi (məsələn xəbərdarlığı bağlamaq, IP bloklamaq).

2. Məlumatlar harada və necə saxlanır

Təhlükəsizlik məlumatları və hadisə qeydləri Wazuh-un OpenSearch əsaslı indeksində, hesab və abunəlik məlumatları PostgreSQL bazasında saxlanılır. Serverə giriş məhduddur və bütün idarəetmə şifrələnmiş kanal (SSH) ilə aparılır.

Ən həssas sahələr (xəbərdarlığın xam məzmunu, bulud hesabı açarları) bazaya yazılmazdan əvvəl əlavə olaraq şifrələnir. Bazanın gündəlik ehtiyat nüsxəsi alınır və 14 gün saxlanılır.

3. Məlumatları kimlərə ötürürük

Xidməti göstərmək üçün məlumatlar aşağıdakı xidmət təchizatçılarına ötürülür. Bunlardan başqa heç kimə məlumat satmırıq və reklam məqsədilə paylaşmırıq.

Anthropic (Claude), ABŞ. Xəbərdarlıqların ilkin təhlili və dashboard-dakı köməkçi işə salındıqda ötürülür: xəbərdarlığın mənbəyi, qayda adı və səviyyəsi; xam hadisə məzmunundan bir hissə (orada IP ünvanları, istifadəçi adları, fayl yolları ola bilər); köməkçiyə yazdığınız suallar. Bu məlumat ötürülməzdən əvvəl avtomatik anonimləşdirilmir. Köməkçi ilə söhbətlər bizim bazada ayrıca saxlanmır. Ötürmə yalnız təhlil və cavab vermək üçündür və Anthropic-in kommersiya API şərtlərinə tabedir. Fərdi paketdə AI-ni seçməsəniz bu məqsədlə heç nə göndərilmir.

Telegram və e-poçt. Bildiriş kanalı kimi Telegram seçsəniz, xəbərdarlığın qısa xülasəsi Telegram-a göndərilir. E-poçt seçsəniz, məktub Resend xidməti ilə göndərilir. Kanalı istənilən vaxt Şəxsi kabinetdən dəyişə bilərsiniz.

Payriff. Ödəniş məlumatlarını birbaşa Payriff emal edir.

Anthropic, Telegram və Resend Azərbaycan Respublikasından kənarda yerləşir. Bu ötürmə fərdi məlumatların sərhəddən kənara ötürülməsi haqqında qanunun tələblərinə uyğun, məlumat subyektinin razılığı ilə aparılır. Monitorinq olunan sistemlərin istifadəçilərinin (işçilərin və s.) razılığını almaq və onları məlumatlandırmaq müştərinin öhdəliyidir.

4. Məlumatlar nə qədər saxlanılır

Abunəlik davam edərkən məlumatlar xidmət üçün saxlanılır. Xəbərdarlıq qeydləri paketə görə avtomatik silinir: Başlanğıc paketində 30 gün, Biznes paketində 90 gün, Korporativ paketində 365 gün. Fərdi paketdə seçilmiş saxlama müddəti (30, 90 və ya 365 gün) tətbiq olunur. Təhlükəsizlik araşdırması üçün analiz mühərrikindəki xam xəbərdarlıq surətləri ayrıca 90 gün saxlanılır.

Xidmət bitəndən sonra (ödənilmiş dövr və ya güzəşt müddəti bitəndə, yaxud abunəlik ləğv ediləndə) məlumatlar 14 gün saxlanılır ki, siz yenidən abunə ola və ya məlumatınızı götürə biləsiniz. Sonra hesabınızın bütün məlumatları (istifadəçilər, cihazlar, xəbərdarlıqlar, audit qeydləri, bulud açarları) avtomatik və həmişəlik silinir, silinməyə 3 gün qalmış sizə e-poçt göndərilir. Dərhal silinməsini istəsəniz, info@wardyn.az ünvanına yazın. Ödəniş və mühasibat sənədləri qanunun tələb etdiyi müddətdə (ən azı 5 il) saxlanılır. Silinmiş məlumat ehtiyat nüsxələrdən ən çox 14 gün ərzində tam yox olur.

5. Sizin hüquqlarınız

Təşkilatınıza aid məlumatlara baxmaq, onları düzəltdirmək və ya sildirmək üçün info@wardyn.az ünvanına yazın. Sorğunuza daxil olduğu gündən ən geci 7 iş günü ərzində cavab veririk. Verdiyiniz razılığı istənilən vaxt geri götürə bilərsiniz.

6. Təhlükəsizlik tədbirləri

TLS şifrələməsi, rola görə giriş nəzarəti, daxili audit qeydləri, həssas sahələrin əlavə şifrələnməsi, gündəlik ehtiyat nüsxə və məhdud girişli server. Ətraflısı saytdakı "Necə qoruyuruq" bölməsindədir.

7. Əlaqə

Xidməti Netsolutions MMC idarə edir. Məxfilik sualları üçün: info@wardyn.az və ya +994 55 410 35 20.